"Olimpiya dünyası” qəzeti 2014-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir. Yarışlar, ənənəvi olaraq, dörd bölmə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) üzrə aparılır. Xatırladaq ki, şahmat guşəsi həftədə bir dəfə - çərşənbə axşamı və ya cümə günü işıq üzü görür. Yarışların nəticələri gələn ilin fevral-aprel aylarında dərc olunacaq. Orijinal şahmat bəstələri, guşənin aparıcısı İlham Əliyevin (Sumqayıt) elektron ünvanına göndərmək lazımdır:
[email protected] . Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2014.
2014-cü il üçün beynəlxalq yarışların hakimlərini təqdim edirik: #2 (ikigedişli) Kənan Vəlixanov (İmişli, Azərbaycan), #3 (üçgedişli) Araz Alməmmədov (Qəbələ, Azərbaycan), N# (çoxgedişli) Ferhat Karmil (Türkiyə), += (etüdlər) Muradxan Muradov (Qobustan, Azərbaycan).