Şahmatçımız yarışda çıxışını davam etdirir

Şahmatçımız yarışda çıxışını davam etdirir

İspaniyanın Benaske şəhərində şahmat üzrə 34-cü beynəlxalq open-turnir, davam edir.
Benaskedə beş turdan sonra beş xal toplamış Aksel Baxman (Paraqvay) liderlik edir. Azərbaycan qrossmeysteri Vasif Durarbəyli də daxil olmaqla 18 iştirakçı liderdən yarım xal geri qalır.
Altıncı tur üçün püşkatmanın nəticələrinə əsasən Azərbaycan nümayəndəsinin rəqibi xorvatiyalı qrossmeyster Boqdan Lalik olacaq. Bu turda V.Durarbəyli ağ fiqurlarla oynayacaqdır.
Yarışda cəmi 413 şahmatçı, o cümlədən 30 qrossmeyster iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olacaqdır.