Azərbaycan qrossmeysteri Namiq Quliyev 89-cu Paris çempionatında iştirak edir. Turnirdə cəmi 40 idmançı, o cümlədən 10 qrossmeyster arasında mübarizə gedir.
89-cu Paris çempionatında dörd turdan sonra hərəyə 3,5 xal toplamış rusiyalı Pavel Trequbov və ukraynalı Sergey Fedorçuk irəlidədirlər. Azərbaycanlı Namiq Quliyev və serbiyalı qrossmeyster İvan İvanişeviç liderlərdən yarım xal geri qalırlar. Beşinci turda N.Quliyevin rəqibi İ.İvanişeviç olacaq.
Şahmat üzrə 89-cu Paris çempionatı İsveçrə sistemi üzrə keçirilir. Yarış doqquz turdan ibarətdir.