Moskvada gənc şahmatçılar arasında Vladimir Dvorkoviç IX Beynəlxalq şahmat turnirinin sonuncu turu başa çatıb.
Komandalararası turnirin həlledici turunda Çin yığması 1:3 hesabı ilə Hindistan komandasına uduzsa da, birinciliyi əldən verməyib. Rusiya və Ukrayna yığmaları arasında görüş heç-heçə başa çatıb. Daha iki matç - Azərbaycan-Serbiya, "Dvorkoviç Qonaq Evi” - Ermənistan görüşləri də heç-heçə nəticələnib.
10 xal (18 fərdi) toplayan Çin komandası turnirin qalibi, Ukrayna yığması gümüş mükafatçısı olub. Ukrayna yığmasının şahmatçıları 10 xal toplasalar da, fərdi göstəricilərə (16) görə qaliblərdən geri qalıblar. Rusiya üçüncü nəticə göstərib: 9 (16,5).
Azərbaycan komandası 8 xal (16,5 fərdi) toplayaraq 5-ci yerdə qərarlaşıb. Hindistan 8 (18,5) xalla dördüncü yeri tutub. Son üç yeri Ermənistan (5(13,5), "Dvorkoviç Qonaq Evi” (3(12) və Serbiya (3(8) yığmaları bölüşüblər.