İsmayıllıda 16 yaşınadək yeniyetmələr arasında Azərbaycan Şahmat Olimpiadası start götürüb. Yarışda ölkəmizin paytaxtla yanaşı, 40-a yaxın şəhərindən 543 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
Yarışlara FİDE-nin beynəlxalq hakimi Qüdrət İsmayılov baş hakimlik edir.
"A” və "B” yarımqruplarında İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarşlara iyulun 22-də yekun vurulacaq.