Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək


İyulun 24-də məhrum şahmatçımız Vüqar Həşimovun anadan olmasının 28-ci ildönümü tamam olur.
Bununla əlaqədar ölkəmizdə 12 yaşınadək uşaqlar arasında beynəlxalq şahmat turniri start götürəcək. Vüqar Həşimov memorialının açılış mərasiminin mərhum şahmatçımızın doğum günündə keçirilməsi gözlənilir. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən 100-dən çox zəka sahibi də mübarizə aparacaq. İyulun 25-də başlanacaq turnirə avqustun 2-də yekun vurulacaq.
Doqquz turdan ibarət olacaq yarışın qalibi Batumidə keçiriləcək 12 yaşınadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək hüququ qazanacaq. Qalib şahmatçı, eyni zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Gümüş medalçı "Baku Open”, bürünc mükafatın sahibi isə "Naxçıvan Open” turnirlərinə dəvət alacaq.