İsmayıllıda keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında dördüncü turun oyunları başa çatıb. Dörd turdan sonra "A” qrupunda mübarizə aparan zəka sahiblərindən Bakı şahmatçıları Andrey Mustafin və Məhəmməd Muradlı, Sumqayıt təmsilçiləri Zaur Bayramov və Ceyhun Hüseynzadə 4 xal toplayaraq zirvəni bölüşürlər. "B” qrupuna isə 20 şahmatçının aktivində 4 xal var.
"A” və "B” qrupları üzrə keçirilən yarışda respublikanın 50-dən artıq şəhər və rayonundan 592 idmançı mübarizə aparır. Yarışlar 12 yaşadək idmançılar arasında "B”, 12 yaşdan yuxarı şahmatçılar arasında "A” qrupları üzrə keçirilir.