Rusiya Dövlət Dumasının deputatı, məşhur boksçu Nikolay Valuyev Soçi Olimpiya obyektlərində gedən tikinti-quruculuq işləri barədə danışarkən deyib: "Olimpiya parkında yaradılmış infrastruktura çox yüksək səviyyədədir. Burada elə obyektlər var ki, bəlkə də, dünyada analoqu yoxdur. Sahil zonasına gəlincə, onu demək istəyirəm ki, burada çox böyük işlər görülüb. Mən 13 il atletika üzrə təlim-məşq toplanışlarında iştirak etmək üçün Adlerdə olmuşam. İndiki Olimpiya parkının yerində o vaxt ancaq bataqlıq və bambuk ağacları var idi. Sevindirici haldır ki, hazırda burada unikallığı ilə seçilən müasir tipli idman sarayları inşa edilib. İnanıram ki, XXII Qış Olimpiya Oyunlarından sonra Soçi tamam başqa şəhər olacaq”.