Azərbaycan şahmatçıları Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında keçirilən şəxsi Avropa birinciliyində iştirak edirlər.
Rusiya təmsilçisi Valentina Qunina Plovdivdə liderliyini qoruyub saxlayıb. 9 turdan sonra onun hesabında 8 xal var. Tatyana Kosintsova (Rusiya), Natalya Jukova (Ukrayna) və Salome Meliya (Gütrcüstan) hərəyə 7 xal toplayıblar.
Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni qrossmeysterlər Gülnar Məmmədova, Türkan Məmmədyarova, beynəlxalq usta Səbinə İbrahimova və FİDE-nin ustası Günay Məmmədzadə göstəriblər. Onların hər birinin aktivində 5 xal var.
Xəyalə Abdulla, Hərmin Kazımova hərəyə 4,5 xal, Aytən Əmrayeva 4 xal, Nərmin Xələfova və Nərmin Məmmədova hərəyə 3,5 xal, Nərmin Soyunlu 2,5 xal toplayıblar.
Xatırladaq ki, qadınlar arasında Avropa çempionatı 116 şahmatçının iştirakı ilə Bolqarıstanın Plovdiv şəhərində keçirilir. Qaliblər 11 turun sonunda müəyyənləşəcək. Turnirin mükafat fondu 60 min avrodur.