Çexiyanın Pardubitsa şəhərində ənənəvi 25-ci "Czech Open” festivalı çərçivəsində bir neçə yarış, o cümlədən qrossmeysterlər arasında açıq "A” turniri start götürüb. Yarışda ölkəmizi Nərmin və Zaur Məmmədovlar (bacı-qardaş) təmsil edirlər. "A” turnirində 255 şahmatçı, o cümlədən 36 qrossmeyster mübarizə aparır.
Perdubitsa festivalında üç turdan sonra hərəyə 3 xal toplayan Prasad Arun (Hindistan), Riçard Biolek, Aleksey Kislinski (hər ikisi Çexiya) və Lorin Kosta liderlik edirlər. 39 şahmatçı, o cümlədən beynəlxalq usta Zaur Məmmədov liderlərdən yarım xal geri qalır. N.Məmmədovanın aktivində 1,5 xal var.
O, dördüncü turda qara fiqurlarla slovakiyalı Vladimir Jako, qardaşı isə ağ fiqurlarla Rumıniya qrossmeysteri Levente Vajda ilə oynayacaqlar.