Qrossmeysterimiz xatirə turnirində iştirak edir

Qrossmeysterimiz xatirə turnirində iştirak edir

Varşavada keçirilən şahmat festivalı Migel Naydorfun anadan olmasının 104 illiyinə həsr olunur.
Turnirdə 84 şahmatçı, o cümlədən 31 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Vasif Durarbəyli təmsil edir.
Altı turdan sonra hərəyə 5 xal toplayan Vasif Durarbəyli və polyak Tomaş Markovski liderlik edirlər. Altı şahmatçı yarım xal geri qalır.
Yeddinci turda Azərbaycan şahmatçısı Tomaş Markovski ilə qarşılaşacaq.
Turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.