“Nana Aleksandriya Kuboku 2014” başa çatıb

“Nana Aleksandriya Kuboku 2014” başa çatıb

Gürcüstanın Poti şəhərində beynəlxalq qrossmeyster Nana Aleksandriyanın xatirəsinə həsr olunmuş "Nana Aleksandriya Kuboku 2014” turniri başa çatıb.
Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif yaş qruplarında 37 şahmatçı təmsil edirdi. Turnir A - (əmsalı 2001-dən yuxarı olanlar), B (əmsalı 2000-dən az olanlar) qrupları və 12 yaşınadək uşaqlar arasında keçirilir.
A qrupunda mübarizə aparan təmsilçilərimizdən Ülvi Bacarani aktivinə 6.5 xal yazdıraraq, əlavə göstəricilərə görə turniri 5-ci pillədə başa vurub. Vüqar Rəsulov isə 5,5 xalla 10-cu yerin sahibi olub.
B qrupunda Elnur Mehdiyev,Vüqar Manafov və Mustafa Məmmədov 5.5 xal toplayaraq 17-19-cü yerləri bölüşdürüblər.
10 yaşlı oğlanlar arasında Aydın Süleymanlı aktivinə 6 xal yazaraq 5-ci pillənin sahibi olub. Mehin Taba-Tabei 7,5 xalla eyni yaş qızlar arasında 2-ci yerin sahibi olub.