Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa kubokuna yekun vurulub. Yarışda 11 idmançı ilə mübarizə aparan milli komandamız vətənə 4 medalla qayıdıb.
Belə ki, təmsilçilərimizdən Davud Məmmədov (60 kq) və Hüseyn Rəhimli (73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda komanda yoldaşına məğlub olan Fəqan Quluzadə (73 kq) gümüş medala layiq görülüb. Bürünc medalı isə komandamıza Firudin Dadaşov (90 kq) qazandırıb.
Məlumat üçün qeyd edək ki, yığmamız bu nəticə ilə komanda hesabında 36 ölkə arasında 3-cü yerə sahib çıxıb. Ümumi komanda hesabında birinci yeri Braziliya, ikinci yeri isə Ukrayna millisi tutub.