Gürcüstanın Poti şəhərində Olimpiya çempionu Nana Aleksandriyanın şərəfinə keçirilən beynəlxalq şahmat festivalına yekun vurulub.
13 ölkədən 400-dən çox şahmatçının iştirak etdiyi yarışda Azərbaycan yığması 33 şahmatçı ilə çıxış edib. Turnirdə ölkəmizi təmçil edən Ülvi Bacarani 6,5 xal toplayaraq 5-ci yeri tutub. Digər zəka sahibimiz Vüqar Rəsulov 10-cu, Rəşad Zeynallı 25-ci, Fidan Ağasıyeva 51-ci yerlə kifayətləniblər.
İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət yarışın qalibi isə israilli qrossmeyster Vitali Qolod olub. O, 9 mümkün xaldan 7,5 xal toplayaraq birinci yerə çıxıb.
Məlumat üçün qeyd edək ki, doqquzuncu dəfə keçirilən festivalın ümumi mükafat fondu 40 min lari olub.