Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək


Sentyabrın 21-dən oktyabrın 1-dək Azərbaycanın paytaxtında Müstəqillik Gününə həsr olunmuş "Baku open-2014” beynəlxalq şahmat festivalı keçiriləcək.
Xəzər dənizinin sahilində "AF Hotel Novxanı” otelində keçiriləcək festivalın mükafat fondu 50 min ABŞ dolları olacaqdır ("A” turnirində birinci dərəcəli mükafat 10 000 dollardır).
Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
Hər bir iştirakçıya 40 gediş üçün 90 dəqiqə müəyyən edilir, sonra partiyanın sonunadək 30 dəqiqə + 1-ci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.
Turnirə 2002-ci il təvəllüdlü və daha kiçik şahmatçılar buraxılırlar.
Qaliblərə diplomlar və qiymətli mükafatlar təqdim olunacaq.