4 cüdoçumuz reytinq cədvəlində

4 cüdoçumuz reytinq cədvəlində


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Siyahıda müxtəlif çəki dərəcələri üzrə ilk onluqda Azərbaycan millisinin 4 idmançısı yer alıb. Belə ki, təmsilçilərimizdən Orxan Səfərov (60 kq) 5-ci, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov 2-ci və Elmar Qasımov (hər ikisi 100 kq) 4-cü pillədə qərarlaşıb.
Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 11-ci, Tərlan Kərimov (66 kq) 82-ci, Rüstəm Orucov (73 kq) 14-cü, Məhəmmədəli Mehdiyev (81 kq) 44-cü, Tural Səfquliyev (81 kq) 52-ci, Şahin Qəhrəmanov (90 kq) 19-cu və Kifayət Qasımova (57 kq) 22-ci yeri tutublar.
Qeyd edək ki, cüdo üzrə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.

olimpnews.az