Ukraynanın Lvov şəhərində keçirilən velosiped idmanının trek növü üzrə "Galichyna-2014” Qran-Pri turnirinə yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının 2 üzvü - Sergey Omelçenko və Yelena Pavluxina da mübarizə aparıb.
4 gün davam edən yarışda idmançılarımz 3 qızıl və 1 bürünc medal qazanıblar. Qadınlar arasında 10 km məsafəyə skretç yarışında bürünc medal əldə edən Yelena Pavluxina növbəti gün qrup ötüşməsində hamını qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sergey Omelçenko isə 200 metr məsafəyə sprint yarışlarında və keyrin növündə komandamıza 2 qızıl medal qazandırıb.