Tromsödə mükafatçılar sırasında yer almaq mümkündür

Tromsödə mükafatçılar sırasında yer almaq mümkündür


Norveçin Tromsö şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası sona yaxınlaşır. Kişilərdən və qadınlardan ibarət komandamızın çıxışları isə diqqətdən kənarda qalmır. Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət komandamız Tromsödə mükafatçılar sırasında yer ala bilər.
Ötən saylarımızda Ümumdünya Şahmat Olimpiadasında çıxış edən millilərimizin çıxışları barəsində ətraflı məlumat vermişdik. Yarışın VI turunda Azərbaycan milliləri Gürcüstan və Puerto-Riko komandaları ilə üz-üzə gəliblər.


Bir tur əvvəl Serbiya ilə matçda ardıcıl qələbə seriyasını dayandıran Aleksandr Xalifmanın yetirmələri bu dəfə rəqibə güzəştə getməyiblər. Bu tura qədər son 2 qarşılaşmada xal qazana bilməyən qadınlardan ibarət millimiz Puerto-Riko millisi ilə qarşılaşıb. Fikrət Sideifzadənin başçılıq etdiyi komandamız bu qarşılaşmada xal ehtiyatını artırıb.
6-cı turda Azərbaycan milliləri Serbiya və ABŞ-la münasibətlərinə aydınlıq gətiriblər. Əvvəlki turda Fransaya qalib gələrək, turnir cədvəlində liderliyə yüksələn kişilərdən ibarət millimiz uğurlu seriyanı davam etdirmək arzusunda idi. Kişilərimiz buna qismən nail olublar. Serbiya ilə görüşdə tərəflər heç-heçə ilə razılaşıblar - 2:2. Qadınlardan ibarət millimiz isə bu yarışda növbəti dəfə məğlubiyyətlə üzləşib. Komandamız amerikalı rəqiblərinə müqavimət göstərə bilməyiblər- 1,5:2,5. Kişilərdən ibarət Azərbaycan millisi VII oyun günündə Kubaya qalib gələrək, vahid liderliyə yüksəlib. Lakin bu cəmi bir tur olub. 7-ci turda Çin yığmasına qələbə bəxş edən komandamız öz yerini "qıyıqgözlər”ə təhvil verib. Fikrət Sideifzadənin başçılıq etdiyi qadınlardan ibarət yığmamız da son iki turun görüşlərini 1 qələbə və bir məğlubiyyətlə başa vurub.
Son turda komandalarımız Rumıniya və Braziliya milliləri ilə qarşılacaqlar.
Kişilər
6-cı tur
Azərbaycan - Gürcüstan 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Baadur Cobava (2713) - 1:0
Teymur Rəcəbov (2724) - Mixail Mçedlişvili (2618) - 0,5:0,5
Rauf Məmmədov (2659) - Qayoz Niqalidze (2542) - 1:0
Qədir Hüseynov (2613) - Konstantin Şanava (2563) - 1:0


7-ci tur

Azərbaycan - Kuba - 2,5:1,5
Şəhriyar Məmmədyarov (2743) - Lenyer Dominqes (2760) - 0:1
Teymur Rəcəbov (2724) - Lazaro Bruzon (2664) - 1:0
Rauf Məmmədov (2659) - Yuneski Kesada (2649) - 0,5:0,5
Qədir Hüseynov (2613) - Reynaldo Ortiz (2603) - 1:0
8-ci tur

Azərbaycan - Çin - 1:3
Şəhriyar Məmmədyarov (2743) - Van Yue (2718) - 0,5:0,5
Teymur Rəcəbov (2724) - Din Liren (2742) - 0,5:0,5
Eltac Səfərli (2649) - Yu Yanqi (2668) - 0:1
Qədir Hüseynov (2613) - Ni Xua (2666) - 0:1

8 turdan sonra vəziyyət: 1. Çin - 14 xal, 2-4. Fransa, Ukrayna, Azərbaycan - 13 xal
Qadınlar
6-cı tur
Puerto-Riko - Azərbaycan - 1:3
Nataşa Morales (1726) - Zeynəb Məmmədyarova (2229) - 1:0
Keyşla Veqa Ximenes (1664) - Gülnar Məmmədova (2334) - 0:1
Jenid Fiqeroa (1454) - Xəyalə Abdulla (2286) - 0:1
Rineli Komas (1762) - Türkan Məmmədyarova (2274) - 0:1

7-ci tur
Azərbaycan - İtaliya - 2,5:1,5
Zeynəb Məmmədyarova (2229) - Marina Brunello (2281) - 1:0
Gülnar Məmmədova (2334) - Yelena Sedina (2291) - 0,5:0,5
Xəyalə Abdulla (2286) - Tea Queçi (2074) - 0:1
Türkan Məmmədyarova (2274) - Roberta Messina (2042) - 1:0
8-ci tur
Azərbaycan - Rumıniya - 1,5:2,5
Zeynəb Məmmədyarova (2229) - Korina-İzabela Peptan (2422) - 0,5:0,5
Gülnar Məmmədova (2334) - Kristina-Adelya Foysor (2334) - 0:1
Türkan Məmmədyarova (2274) - İrina Bulmaqa (2274) - 1:0
Səbinə İbrahimova - Yelena-Luminita Kosma (2263) - 0:1

8 turdan sonra vəziyyət: 1. Rusiya - 16 xal; 2. Çin -14; 3. Fransa - 13... 31. Azərbaycan - 10