2018-ci ildə Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhərin adı müəyyənləşib. FİDE-nin Tromsöde keçirilən Konqresində yarışın ev sahibliyi hüququ Gürcüstanın Batumi şəhərinə həvalə olunub.
Batumi səsvermədə Cənubi Afrika Respublikasının Durban şəhərini qabaqlayıb. Konqres iştirakçılarından 93-ü Batuminin lehinə, 58-i isə əleyhinə səs verib.
Məlumat üçün qeyd edək ki, 2016-cı ildə təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasına Azərbaycan paytaxtı Bakı ev sahibliyi edəcək.