Avqustun 25-də Rusiyanın Çelyabinsk şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək.
751 cüdoçunun mübarizə aparacağı yarışda ölkəmiz 9 idmançı ilə təmsil olunacaq. Yarışlara baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında yollanan komandamızın heyətində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yer alıblar.
Məlumat üçün qeyd edək ki, çempionata avqustun 31-də yekun vurulacaq.