Avqustun 20-də Avqustun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə 21-ci beynəlxalq şahmat festival start götürüb.
Bu beynəlxalq yarışa 20-dək ölkədən ( Rusiya, BƏƏ, Çin, Ukrayna, Fransa, Hindistan, Ermənistan, Çexiya, Rumıniya və s) 88 iştirakçı gəlmişdir. Onların arasında 39 qrossmeyster, o cümlədən Azərbaycan qrossmeysterlərindən Nicat Abasov (2527), Vüqar Rəsulov (2509) , Ülvi Bacarani (2483) və FİDE ustası Abdulla Qədimbəyli (2168) və Aydan Höccətova (2018) da yer alıblar.
88 şahmatçının iştirak etdiyi ustaların turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək. İlk turda Nicat Abasov, Ülvi Bcarani və Vüqar Rəsulov qələbə qazanıb, Abdulla Qədimbəli və Aydan Höccətova isə məğlubiyyətlə üzləşiblər.