Şose velosipedinin bütün yaş qrupları üzrə yığma komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər. Toplanışda əsas məqsəd sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatına hazırlıqdır. İlin əsas yarışından əvvəl idmançılarımız bir neçə beynəlxalq turnirdə də qüvvələrini sınayacaqlar.
Məlumat üçün bildirək ki, son vaxtlar İsmayıllıda velosiped idmanına maraq artmaqdadır. Bu səbəbdən İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsinin açılması nəzərdə tutulub.