Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər Turizm İctimai Birliyi və "SharkHead” Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə "veloşəhər” layihəsinə start verilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri məşğələlərdə velosiped həvəskarlarına bu idman növü haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Veloparkda keçirilən praktiki hissədə isə layihə iştirakçıları əyani vəsaitlərlə tanış olaraq öz bacarıqlarını nümayiş etdiriblər.
Məlumat üçün bildirək ki, sabah proqram çərçivəsində paytaxt küçələrində "Critical Mass Baku” adlı veloyürüş təşkil olunacaq. Yürüşə saat 20:00-da start veriləcək. "Veloşəhər” layihəsinə avqustun 31-də keçiriləcək sərgi ilə yekun vurulacaq.