Sədərəkdə şahmatçılar: “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”, - dedilər

Sədərəkdə şahmatçılar: “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”, - dedilər

Sədərək Rayon Gənclər və İdman İdarəsi və şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
İsveçrə sistemi üzrə keçirilən birincilikdə 32 zəka sahibi qüvvəsini sınayıb.
Bütün rəqiblərini qabaqlayan Asif Dünyamalıyev birinciliyin qalibi adını qazanıb. Nurlan Adınalı və İlkin Musazadə isə digər iki pillədə qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.