Xarici ölkələrin xüsusi xidmət orqanları razı qalıb

Xarici ölkələrin xüsusi xidmət orqanları razı qalıb

Bugünlərdə Soçidə səfərdə olan xarici ölkələrin xüsusi xidmət orqanlarının ekspertləri işin gedişindən razı qalıblar. İşçi qrupunun iclasında xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri informasiya mübadiləsi aparıblar. İclasda dünyanın 19 ölkəsindən 35 nümayəndə iştirak edib. 
İclasda çıxış edən Norveç səfirliyinin polis və gömrük xidmətinin zabiti Egil Nerum deyib: "Soçi Olimpiya Oyunlarının təhlükəsizlik tədbirləri məsələlərində kifayət qədər mühüm irəliləyişlər var. Xüsusi xidmət orqanlarının nümayəndələri Olimpiya obyektlərində olub və qış Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq işləri ilə maraqlanıblar. Mənim təəssüratlarım belədir ki, Soçidə təhlükəsizlik tədbirləri yüksək səviyyədə aparılır və müasir standartlara cavab verir”.
Rusiya Federasiyası Təhlükəsizlik İdarəsinin rəisi Vladimir Kuleşov Soçi-2014 Olimpiadasında fövqəladə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsinə heç bir ehtiyac olmadığını deyib: "Bütün təhlükəsizlik tədbirləri tamamilə Rusiya qanunvericiliyinə uyğundur və Olimpiya Xartiyasına zidd deyil. Ən əsası odur ki, olimpiada iştirakçılarının rahatlığı üçün bütün mümkün vasitələrdən istifadə olunacaq və hər cür şərait yaradılacaq. Beləliklə, təhlükəsizliklə bağlı fövqəladə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur”.