Sentyabrın 13-dən 20-dək İspaniyanın Bilbao şəhərində şahmat üzrə Avropa klubları kuboku keçirilir.
Kişilərin turnirində 52 komanda, qadınların yarışında isə 9 komanda iştirak edir. Hər iki turnir İsveçrə sistemi üzrə 7 turda keçirilir. Kişi komandalar 6 əsas və 2 ehtiyat oyunçudan, qadın komandalar 4 əsas və 1 ehtiyat oyunçudan ibarətdir.
Avropa klub kubokunda Azərbaycanı kişilərin iki komandası - 2012-ci ilin qalibi "SOCAR Azerbaijan” və "Odlar yurdu” komandaları təmsil edirlər.
"SOCAR” klubunda Aniş Giri, Anton Korobov, Van Hao, Veselin Topalov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Maykl Adams oynayacaqlar. "Odlar yurdu” klubunun iştirakçıları isə Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Nicat Abbasov, Ülvi Bacarani və Emil Sutovskidir.
Oyunlar 6 lövhədə keçirilir.