Azərbaycan qrossmeysteri Azər Mirzəyev Tehranda başa çatmış "ECO Chess Cup 2014” beynəlxalq şahmat turnirində üçüncü yeri tutub.
Azərbaycan nümayəndəsi 9 mümkün xaldan 6,5 xal toplayıb. Turnirin qalibi 7 xal toplamış iranlı Qayem Maqami Ehsam olub. Gümüş mükafata özbəkistanlı qrossmeyster - A.Mirzəyev ilə eyni sayda xal toplayan, lakin əlavə göstəricilər üzrə onu qabaqlayan qoymuş Marat Cumayev sahib olub.
"ECO Chess Cup” İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin nümayəndələri üçün keçirilən şahmat turniridir.
Dairəvi turnirdə 10 ölkənin, o cümlədən Azərbaycan, İran, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Pakistan, Türkmənistan və Əfqanıstan idmançıları iştirak ediblər.