4 cüdoçumuz ilk “10-luq”da yer alıb

4 cüdoçumuz ilk “10-luq”da yer alıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən cəmi 4-ü ilk "10-luq”da yer alıb.

Cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) mövqelərini qoruyub saxlayıblar. Onlar, müvafiq olaraq, 6-cı, 10-cu, 3-cü və 4-cü pillədədirlər.
Digər cüdoçularımız İlqar Müşkiyev (60 kq, 12-ci yer), Tərlan Kərimov (66 kq, 82-ci yer), Rüstəm Orucov (73 kq, 13-cü yer) və Kifayət Qasımova (57 kq, 23-cü yer) da yerlərini əldən verməyiblər.
Siyahıda yeganə irəliləyən cüdoçumuz Məhəmmədəli Mehdiyev (81 kq) olub. O, rəqibi gerilədiyi üçün bir pillə irəliləyərək 47-ci pillədə qərarlaşıb. Məhəmmədəli Mehdiyevlə eyni çəkidə olan Tural Səfquliyev isə 2 pillə geriləyərək 53-cü yerə enib. Şahin Qəhrəmanov (90 kq) da əvvəlki siyahı ilə müqayisədə bir pillə geriləyərək 22-ci pillədəki yerini
23-cü yerə dəyişib.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.