Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürüb. 40 ölkədən 409 idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da iştirak edir. Komandamız yarışda baş məşqçi Fərhad Məmmədov və məşqçi Elçin İsmayılovun rəhbərliyi altında 10 idmançı ilə təmsil olunur. Yarışların ilk günündə çəkisi 55 kq, 60 kq, 66 kqvə 73 kq olan cüdoçular mübarizəyə başlayacaqlar. Qitə çempionatının birinci günündə təmsilçilərimizdən Natiq Qurbanlı (55 kq), Mehman Sadığov, Davud Məmmədov (hər ikisi 60 kq), Rəşad Rufullayev, Hidayət Hüseynov (hər ikisi 66 kq), Fəqan Quluzadə və Hüseyn Rəhimli (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar. Qitə çempionatının ikinci günündə isə çəkisi 81 kq, 90 kq, 100 kq və 100+ kq olan idmançılar mübarizəyə başlayacaqlar.
Məlumat üçün qeyd edək ki, yarışlara sentyabrın 20-də yekun vurulacaq.