Azərbaycanın Müstəqillik Gününə həsr olunan ənənəvi "Baku Open 2014” beynəlxalq şahmat festivalının ikinci turu başa çatıb.
İkinci turdan sonra "A” qrupunda mübarizə aparan 70 şahmatçıdan doqquzu - azərbaycanlı şahmatçılar Nicat Məmmədov, Misrəddin İsgəndərov, Namiq Quliyev, almaniyalı idmançı Aleksander Donçenko, rusiyalı Vladislav Artemyev, ukraynalı Aleksander Areşenko, Andrey Barişpolets, Oleq Romanişin və çinli Yan Ven 2 xal toplayaraq turnirə liderlik edirlər.
Bu qrupda mübarizə aparan qadın şahmatçımız Günay Məmmədzadə birinci turda rusiyalı qrossmeyster Aleksandr Şimanov ilə xalları yarı bölsə də, ikinci turda Nicat Ağayevi məğlub edərək aktivinə 1,5 xal yazdırıb. Digər həmyerlilərimizdən Fərid Zeynalov, Bəhruz Rzayev, Eltac Səfərli və Vüqar Rəsulov 1,5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar.
"B” qrupunda isə 29 zəka sahibi 2 turdan sonra maksimum nəticə göstərib.