Yeni reytinq cədvəli açıqlandı

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Cüdo üzrə Azərbaycan millisinin aparıcı üzvləri siyahıda geriləyiblər.
Son vaxtlar bir sıra yarışlardan kənarda qalan komandamızın heyətindəki cüdoçulardan heç biri irəliləməyib. Həmyerlilərimizdən yalnız üçü - İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qoruya biliblər. Onlar müvafiq olaraq, yenə 12-ci, 10-cu və 3-cü yerdə qərarlaşıblar.
Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) hərəyə 1, Tural Səfquliyev (81 kq) 2, Tərlan Kərimov (66 kq) 3, Şahin Qəhrəmanov (90 kq) isə 4 rəqibini özündən irəli buraxıb. Cüdoçularımız müvafiq olaraq, 7-ci, 13-cü, 48-ci, 5-ci, 24-cü, 55-ci, 85-ci və 26-cı pilləyə eniblər.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya Oyunlarına lisenziya reytinq xalına əsasən verilir.