Avropa çempionu ilk onluğa qayıtdı

Avropa çempionu ilk onluğa qayıtdı



Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. FİDE-nin 100 ən güclü kişi şahmatçısının reytinq cədvəlində Azərbaycan təmsilçiləri də yer alıb.
Qrossmeysterlərimizdən ən yaxşı nəticə yenə də Şəhriyar Məmmədyarova məxsusdu. Milli komandamızın aparıcı liderlərindən biri olan Şəhriyarın son Avropa çempionatında uğurlu çıxışı reytinq cədvəlindəki mövqeyinə təsir edib. Qrossmeysterimiz iki rəqibini qabaqlayaraq, 10-cu yerə yüksəlib. Onun aktivində 2764 xalı var.
Oktyabr ayı üçün tərtib olunan yeni cədvəldə Teymur Rəcəbov da irəliləyib. Klub təmsilçimiz SOCAR-la Avropanın ən güclüsü tituluna yiyələnən həmyerlimiz 8 rəqibini zirvədən endirib - 2726 xal.
Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2660) da mövqeyini yaxşılaşdırıb. O, 13 pillə irəliyib, 80-ci yerdə qərarlaşıb - 2667 xal.
Milli komandamızın digər bir üzvü Eltac Səfərli isə komanda yoldaşlarından ilk 100-lüyü tərk edib.
Reytinq cədvəlinin ilk "üçlüyü”ndə də dəyişiklik olub. Norveçli Maqnus Karlsenin 2863 xalla başçılıq etdiyi siyahıda italiyalı Fabiano Karuana (2844) ikinci, bolqarıstanlı Veselin Topalov (2800) üçüncü yerə qalxıb. Qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.