Rusiyanın idman naziri Vitali Mutko Pxençxan-2018 Qış Olimpiya Oyunlarında ölkəsinin qalib ölkələr sırasında olacağına əmin olduğunu bildirib. İdman naziri ölkə yığmasının Olimpiada-2018-ə hazırlığı ilə bağlı artıq göstəriş verib. Vitali Mutko deyib: "Rusiya dünyada qış idman növləri üzrə lider ölkələrdən biridir. Bu artıq sübut olunub. Amma liderliyi qoruyub saxlamaq o qədər də asan deyil. Əlbəttə, həmişə birinci olmaq çətindir, ancaq mümkündür. Biz çalışacağıq ki, Soçi-2014 Oyunlarında əldə etdiyimiz liderliyi davam etdirək.
Pxenyan-2018 Qış Olimpiya Oyunlarına gedən yolda uğurlar da olacaq, məğlubiyyət də. Ən əsası, düzgün nəticələr çıxarmaq və işləməyə davam etməkdir. Bu, idmandır, əlbəttə, həmişə qalib gəlmək mümkün deyil. Amma biz balansı qoruyub saxlayacağıq”.