Azərbaycan şahmatçıları Hindistanda
Oktyabrın 6-da Hindistanın Puna şəhərində 20 yaşadək yeniyetmə şahmatçılar arasında dünya çempionatı başlayıb.
Çempionat İsveçrə sistemi üzrə 13 turda keçirilir.
Açıq çempionatda (yuniorlar arasında) 139 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeysterlər Nicat Abbasov və Ülvi Bacarani təmsil edirlər.
Yeniyetmə qızların çempionatında 78 şahmatçı, o cümlədən beş qrossmeyster mübarizə aparacaq. Yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Səbinə İbrahimova təmsil edir.
Çempionat oktyabrın 19-da başa çatacaq.