Buyaxınlarda Oslo şəhəri 2022-ci ildə keçirilən qış Olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin bu ilin iyul ayında təsdiq etdiyi siyahıya Pekin (Çin), Almatı (Qazaxıstan) və Oslo (Norveç) şəhərləri daxil edilmişdi.
Beləliklə, Olimpiada-2022-yə ev sahibliyinə iddiaçılar siyahısında cəmi iki namizəd - Qazaxıstanın ən böyük şəhəri Almatı və Çinin paytaxtı Pekin qalıb.
2015-ci il iyulun 31-də Malayziyanın paytaxtı Kuala-Lumpurda BOK-un 127-ci sessiyası keçiriləcək. 2022-ci il Olimpiya Oyunlarının təşkilatçısı həmin sessiyada müəyyən ediləcək.