Şəkidə ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət komandaları arasında şahmat üzrə şəhər birinciliyi keçirilir.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə keçirilən yarışlarda 30 komanda mübarizə aparır. Komandaların hər biri üç şahmatçıdan təşkil olunub.
Birinciliyin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.