Olimpnews.az xəbər verir ki, ölkəmizdə keçirilən dağ velosipedi sınaq yarışında qadınların mübarizəsi başa çatdı. Mükafatalayiq yerləri tutan idmançılar fikirlərini KİV nümayəndələri ilə bölüşdülər.
Dağ velosipedi sınaq yarışının qalibi ukraynalı İona Bolomoina:
- Məsafə uzun idi. Amma marşrut çox xoşuma gəldi. Hava küləkli olsa da, qalib gəlməyi bacardım. Məncə, marşruta bir qədər güc elemenləri əlavə olunsa idi, daha maraqlı olardı. Bu yarış Bakı-2015-ə sınaq xarakteri daşıdığından mənim üçün böyük əhəmiyyət kəsb edir. Yarışın təşkilatçılıq səviyyəsi məni çox məmnun etdi.
Katrin Stirnemann, dağ velosipedi sınaq yarışının gümüş mükafatçısı:
- Bu yarış 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sınaq xarakteri daşıyır. Hava şəraiti çıxış üçün əlverişsiz idi. Buna baxmayaraq, bu yarışda iştirak etməkdən böyük zövq aldıq. Qeyd edim ki, gələn il Bakı-2015 yarışları yay aylarında keçirildiyindən hava şəraiti də çıxış üçün əlverişli olacaq. Bu yarışda iştirak etmək Avropa
Oyunlarına daha da yaxşı hazırlaşmağımız üçün bizə stimul verdi.
Linda İntergland, dağ velosipedi sına yarışının bürünc mükafatçısı:
- Sevinirəm ki, bu yarışda medal qazandım. Fərəhli haldır ki, komandamızın iki üzvü mükafatçılar sırasında yer aldı. İnanıram ki, Bakı-2015 Avropa Oyunlarında daha da yaxşı nəticə qazanacağıq. Bunun üçün öz üzərimizdə daha da çox işləməliyik.