Şahmat üzrə şəhər birinciliyi başa çatıb

Şahmat üzrə şəhər birinciliyi başa çatıb

Martın 1-dən 9-dək Respublika Şahmat Mərkəzində 2001-2002-ci illər təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 89 (66 oğlan, 23 qız) zəka sahibi bacarığını nümayiş etdirib. İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət yarışı beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə hakimlər kollegiyası idarə edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 2 saylı Uşaq - Gənclər Şahmat İdman Məktəbinin yetirməsi Kənan Qarayev 8 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Hərəyə 7 xal toplayan Sadiq Ağayev və Qurban Bayramov, müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşüblər. Eyni xala malik olan 2 saylı UGŞİM-in yetirməsi Andrey Mustafin ikinci, dördüncü yerləri bölüşüb. Qızlar arasında keçirilən yarışda isə Xanım Balacayeva səkkiz xalla turnirin qalibi adını qazanıb. Ondan yarım xal geri qalan Tomris Əliyeva iknci yeri tutub. 6 xal toplayan Aysu İsmayılova isə turniri üçüncü pillədə başa vurub.
Turnirdə qaliblərlə yanaşı, oğlanlar arasında dördüncü yeri tutmuş Andrey Mustafin və Ülkər Həsənzadə də bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunublar.