Cüdoçularımız Mayamidə medallar uğrunda yarışacaqlar

Cüdoçularımız Mayamidə medallar uğrunda yarışacaqlar


Oktyabrın 22-də Mayamidə (ABŞ) gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək. Yarışda məşqçilər Fərhad Məmmədov və Elçin İsmayılovun rəhbərliyi altında 10 idmançımız (9 oğlan və 1 qız) mübarizə aparacaq.
Ölkəmizi dünya çempionatında Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının finalçısı Natiq Qurbanlı, Sadıx Məhərrəmov (hər ikisi 55 kq), Davud Məmmədov, Mehman Sadıxov (hər ikisi 60 kq), Rəşad Rufullayev, Telman Vəliyev (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Fəqan Quluzadə (hər ikisi 73 kq) və Firudin Dadaşov (90 kq) təmsil edəcəklər. Qızların yarışında isə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Leyla Əliyeva (44 kq) mübarizə aparacaq.
Dünya çempionatına oktyabrın 26-da yekun vurulacaq.