Həmyerlimiz reytinq cədvəlində liderdir

Həmyerlimiz reytinq cədvəlində liderdir


Dünya Güləş Birliyi sentyabrda keçirilən dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, güləşin bütün növləri üzrə idmançıların reytinq siyahısını tərtib edib.
Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı var. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinq cədvəlində 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı yer alıb. Dünya çempionatında gümüş mükafata layiq görülən Yuliya Ratkeviç (60 kq) reytinqdə ikinci yerdədir. Bürünc medalın sahibi Mariya Stadnik (48 kq) isə dördüncü sıradadır.
Sərbəst güləşçilərimizdən isə 11 nəfər son reytinq siyahısında yer alıb. Ən yüksək göstərici dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. O, bütün rəqiblərini üstələyərək liderliyini davam etdirir. Dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov isə (97 kq) reytinq cədvəlində ikincidir.