Tomas Bax: “Olimpiya oyunlarının programı qənaətbəxş olmalıdır”

Tomas Bax: “Olimpiya oyunlarının programı qənaətbəxş olmalıdır”


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Olimpiya oyunlarının proqramına daxil olan idman növlərinin sayının artmasını yaxşı hal kimi qiymətləndirməyib. O, bu məsələnin hec kəsi qane etmədiyini bildirib.
"Olimpiya oyunlarının proqramı qənaətbəxş olmalıdır. Ancaq bununla belə, biz qaydalardan kənara çıxmamalıyıq”, - deyə Tomas Bax vurğulayıb.
BOK-un prezidenti həm də 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarının proqramına yeni idman növlərinin daxil edilməsi məsələsinə münasibət bildirib: "Əvvəlcə proqramın qənaətbəxş olması barədə son qərara gəlməliyik. Yalnız bundan sonra hansı idman növünün proqrama daxil edilməsi barədə müzakirələr apara bilərik”.