Şahmatçılarımız nə qalib gəlir, nə də uduzurlar
Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi davam edir. Dairəvi sistem üzrə keçirilən turnirdə dünyanın ən güclü 12 şahmatçısı mübarizə aparır. Ötən saylarımızda ilk beş turun nəticələri ilə bağlı məlumat vermişdik.
Qran-pri yarışlarının 6-cı turunda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov özbəkistanlı rəqibi Rüstəm Qasımcanovu məğlub edib. Heç-heçələrini davam etdirən Teymur Rəcəbov 6-cı turda da sülhə razılaşıb. O, bu dəfə Hollandiya təmsilçisi Aniş Qiri ilə xalları yarı bölüb. FİDE-nin Bakı Qran-prisində birinci olan italiyalı Fabiano Karuna bu turda Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edib.
Qran-prinin 7-ci turunda iki Azərbaycan şahmatçısı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib. Tərəflər Bakı Qran-prisində olduğu kimi bu görüşdə də heç-heçəyə razılaşıblar. Daşkənd Qran-prisində zəif təsir bağışlayan Fabiano Karuana və Boris Gelfand bu turda münasibətlərinə aydınlıq gətiriblər. Gərgin mübarizə şəraitində keçən yarışda italiyalı şahmatçı Fabiano Karuana rəqibinin "şah”ını "mat” edib.
Daşkənd Qran-prisinin 8-ci turunun qarşılaşmalarında yalnız bir görüşdə sükut pozulub. Gürcüstanlı şahmatçı Baadur Cobava İsrail təmsilçisi Boris Gelfandı məğlub edərək liderliyə yüksəlib. Digər görüşlərdə isə tərəflər sülh bağlayıblar.
Daşkənd Qran-prsinin nəticələri:
6-cı tur
Aniş Qiri (Hollandiya, 2768) - Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) - Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 1:0
Hikaru Nakamura (ABŞ, 2764) - Fabiano Karuana (İtaliya, 2844) - 0,5:0,5
Dmitri Andreykin (Rusiya, 2722) - Sergey Karyakin (Rusiya, 2767) - 1:0
Baadur Cobava (Gürcüstan, 2717) - Dmitri Yakovenko (Rusiya, 2747) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2748) - Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 0,5:0,5
7-ci tur
Sergey Karyakin (Rusiya, 2767) - Aniş Qiri (Hollandiya, 2768) - 1:0
Teymur Rəcəbov (Azərbaycan, 2726) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) - 0,5:05
Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - Hikaru Nakamura (ABŞ, 2764) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2844) - Boris Gelfand (İsrail, 2748) - 1:0
Dmitri Yakovenko (Rusiya, 2747) - Dmitri Andreykin (Rusiya, 2722) - 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa, 2757) - Baadur Cobava (Gürcüstan, 2717) - 0,5:0,5
8-ci tur
Aniş Qiri (Hollandiya, 2768) - Dmitri Yakovenko (Rusiya, 2747) -0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) - Sergey Karyakin (Rusiya, 2767) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2764) - Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2844) - Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 0,5:0,5
Dmitri Andreykin (Rusiya, 2722) - Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2748) - Baadur Cobava (Gürcüstan, 2717) - 0:1
8 turdan sonra turnir cədvəli:
1-3. Baadur Cobava (Gürcüstan, 2717), Dmitri Andreykin (Rusiya, 2722), Hikaru Nakamura (ABŞ, 2764) - 5 xal; 4-5. Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN, 2764), Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 4,5 xal; 6-9. Fabiano Karuana (İtaliya, 2844), Sergey Karyakin (Rusiya, 2767), Teymur Rəcəbov (AZƏRBAYCAN, 2726), Dmitri Yakovenko (Rusiya, 2747) - 4 xal; 10. Aniş Qiri (Hollandiya, 2768) - 3,5 xal; 11. Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 2,5 xal; 12. Boris Gelfand (İsrail, 2748) - 2 xal.