Zəka sahiblərimiz Rəşt səfərində uğurlu nəticə ilə yadda qalıb

Zəka sahiblərimiz Rəşt səfərində uğurlu nəticə ilə yadda qalıb

Xəbər verdiyimiz kimi, martın 1-dən 8-dək İran İslam Respublikasının Rəşt şəhərində "XI Xəzər Open” beynəlxalq şahmat turniri keçirilib.

13 ölkənin iştirakı ilə keçirilən turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, İran, Rusiya, Ukrayna, Hollandiya, Latviya, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Əfqanıstanı təmsil edən zəka sahibləri də bacarıqlarını nümayiş etdiriblər. İsveçrə sistemi üzrə keçirilən turnirdə yığma komandamız 48 şahmatçı ilə təmsil olunub.
5 yaş qrupu üzrə təşkil edilən turnirdə 2 saylı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirməsi Zaur Abbasov14 yaşlı şahmatçıların mübarizəsində 7 xal toplayaraq turnirin qalibi adını qazanıb. Bu məktəbin digər təmsilçisi Rüstəm Bünyadov da 7 xal toplasa da, yarışları üçüncü pillədə başa vurub. Buna səbəb Rüstəmin şəxsi əmsallarda rəqiblərindən geri qalması olub. Təmsilçilərimizdən Zaur Bayramov 9 xal toplayaraq üçüncü yerlə kifayətlənib. Qızların yarışında isə Nərmin Məməmdova 7,5 xalla birinci yerə layiq görülüb. 10 yaşlı şahmatçıların yarışında mübarizə aparan Əhməd Əhmədzadə isə 6 xalla üçüncü, dördüncü yerləri bölüşüb. Qaliblər İran İslam Respublikasının Şahmat Federasiyası tərəfindən kubok, medal, diplom və qiymətli hədiyələrlə təltif olunublar.