Soçidə nəticələr bərabərdir

Soçidə nəticələr bərabərdir


Noyabrın 7-də dünya şahmat tacı uğrunda mübarizəyə start verilib. Rusiyanın Soçi şəhərində keçirilən yarışda norveçli dünya çempionu Maqnus Karlsen (2863) keçmiş çempion hindistanlı Vişvanatan Anandla (2792) qarşılaşır.
12 partiyadan ibarət yarışda artıq 4 oyun başa çatıb. Noyabrın 8-də keçirilən görüşdə tərəflər xal bölgüsünə razılaşıblar. İkinci partiyada isə Maqnus Karlsen rəqibini məğlub edib. Noyabrın 11-də keçirilən partiyada da hindistanlı qrossmeyster Vişvanatan Anand rəqibinin "şah”ını "mat” edib. 4-cü partiyada isə tərəflər sülhə razılaşıblar.