Cüdoçular təlim-məşqdədirlər

Cüdoçular təlim-məşqdədirlər

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Turnirdə qadın cüdoçularımız da bacarıqlarını nümayiş etdiriblər. Təəssüf ki, təmsilçilərimizin bu yarışda çıxışı uğurlu alınmayıb.
Yarışlar başa çatdıqdan sonra cüdoçularımız Sloveniyanın Lyüblyana şəhərində təşkil olunan təlim-məşqlərdə iştirak edirlər. Təlim-məşqlərdə idmançılarımız yerli cüdoçularla birgə yoldaşlıq görüşləri də keçirəcəklər. Yeri gəlmişkən qeyd edək ki, kişi cüdoçularımız Çexiyanın Nimburq şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edəcəklər. Mart ayının 23-nə qədər davam edəcək məşqlərdə 16 cüdoçumuz qüvvəsini sınayacaq.