Rusiyanın Soçi şəhərində təşkil olunan dünya çempionu adı uğrunda iki şahmatçının mübarizəsi davam edir. Hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863) və keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan, 2792) arasında 12 partiyadan ibarət yarış artıq yarıya çatıb. Keçirilən görüşlərdə Karlsen 2 qələbə 3 heç-heçə sayəsində aktivindəki xalın sayını 3,5-ə çatdırıb. Rəqibi isə ondan 1 xal geri qalır.
Reqlamentə əsasən, 6-cı partiyadan sonra birinci partiyada ağ fiqurlarla oynayan şahmatçı qara fiqurla oynayacaq.
Qeyd edək ki, dünya şahmat tacının yeni sahibi noyabrın 28-də müəyyənləşəcək.