
Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. 42 ölkədən 275 (151 kişi, 124 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Yığma komandamız Qran-pri turnirində baş məşqçi Hacıağa Hacıəhmədov və Mehman Əzizovun rəhbərliyi altında 8 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız Cənubi Kareyada bir gümüş və iki bürünc medala sahib çıxıblar.
İdmançılarımızdan ən yaxşı nəticəni Məmmədəli Mehdiyev göstərib. 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İspaniya və Cənubi Koreya idmançısına qalib gələrək, finala yüksəlib. O, həlledici mərhələdə ev sahiblərinin digər təmsilçisinə məğlub olaraq gümüş medala layiq görülüb.
42 ölkədən 278 (153 kişi, 125 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız Qran-pri turnirində baş məşqçi Hacıağa Hacıəhmədov və Mehman Əzizovun rəhbərliyi altında 8 cüdoçu ilə təmsil olunur.
Məmmədəli Mehdiyevlə eyni çəki dərəcəsində yarışan Ramin Qurbanov isə turniri üçüncü pillədə başa vurub. Komanda yoldaşından fərqli olaraq mübarizəyə 1/16 final mərhələsindən başlayan dünya kubokunun gümüş medalçısı İsveçrə, Ukrayna, Cənubi Koreya cüdoçularını üstələyib. Lakin həmyerlimizin çempionluğa doğru gedən yolunu yarımfinalda Koreya təmsilçisi Donq Han Qvak bağlayıb. Buna baxmayaraq, idmançımız 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı rəqibindən üstün olaraq, bürünc medala sahib çıxıb.
Millimizə digər bürünc medalı isə Rüstəm Orucov (73 kq) qazandırıb. «Böyük Dəbilqə» turnirinin qalibi Rusiya və ABŞ cüdoçularına qalib gəlsə də, növbəti görüşdə israilli idmançıya məğlub olub. Lakin o, 3-cü yer uğrunda döyüşdə daha təcrübəli olan qazaxıstanlı Odbayar Qanbaatarı üstələyərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Digər cüdoçularımızdan Orxan Səfərov (60 kq) 5-ci, Uşanqi Kokauri (+100) 7-ci olub.
Yarışların ilk günündə tatami üzərinə çıxan Orxan Səfərov (60 kq) mübarizəyə yaxşı başlasa da uğurlu çıxışını sonna qədər davam etdirə bilməyib. Belə ki, təmsilçimiz Koreya və Böyük Britaniya idmançısılarına qalib gəlsə də yarımfinalda koreyalı Yin Von Kimə məğlub olub. Koreyalı idmançının finala çıxması cüdoçumuza bürünc medal uğrunda görüşdə iştirak hüququ qazandırıb. Lakin bu şansını da dəyərləndirə bilməyən Orxan Səfərov monqolustanlı idmançıya da məğlub olaraq yarışları beşinci sırada tamamlayıb.
Beləliklə, Cənubi Koreyada bir gümüş və iki bürünc medal qazanan yığmamız bu nəticə ilə ümumi komanda hesabında 42 ölkə arasında 8-ci yeri tutub.
Məlumat üçün qeyd edək ki, Qran-pri turnirindən sonra cüdoçularımız həmin ölkədə üç günlük təlim-məşq toplanışında iştirak edərək Yaponiyanın paytaxtı Tokio şəhərinə yola düşəcəklər.
Yığma komandamız gündoğar ölkədə Böyük dəbilqə turnirində iştirak edəcək. Dekabrın 5-7-də keçiriləcək ilin son yarışında millimiz daha böyük heyətlə təmsil olunacaq.