Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatı (I dəstə) davam edir. Çempionatda 23 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 7-ci turun görüşləri keçirilib. 7 turdan sonra hesabına 6 xal əlavə edən Fərid Zeynalov çempionatın vahid lideridir. Abdulla Qədimbəyli liderdən bir xal geri qalır. Aytən Əmrayeva, Çingiz Rzayev və İsmayıl Şahəliyev hərəyə 4.5 xal toplayaraq müvafiq olaraq, 3-5-ci yerləri bölüşdürürlər.