Qrossmeysterimiz Dünya İntellektual Oyunlarına uğurla başlayıb

Qrossmeysterimiz Dünya İntellektual Oyunlarına uğurla başlayıb

Bu gün Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmat turnirinə start verilib.
Rapid turnirində 16 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edir.
Bu gün rapid turnirinin ilk dörd turu keçirilib. Turnirin ilk gününün yekunlarına əsasən Şəhriyar Məmmədyarov 2,5 xal, Teymur Rəcəbov isə 1 xal toplayıb.
Turnir cədvəlinə çinli qrossmeysterlər Van Hao, Vanq Yue və rusiyalı Aleksandr Qrişuk başçılıq edir.
16 qrossmeysterin iştirak etdiyi rapid turniri İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Bu turnirin qalan üç turu sabah keçiriləcək, sonra mükafatçılar müəyyən ediləcək.
Şahmat üzrə Dünya İntellektual Oyunları dekabrın 17-dək davam edəcək.