Şahmat üzrə Azərbaycan çempionatı başa çatdı

Şahmat üzrə Azərbaycan çempionatı başa çatdı

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatına (I dəsətə) yekun vurulub. İsverə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 23 zəka sahibi qalib adı uğurunda mübarizə aparıb
9 turdan aktivinə 7 xal yazan Fərid Zeynalov turnirin qalibi adını qazanıb. Liderdən yarım xal az toplayan İsmayıl Şahəliyev 2-ci yerə layiq görülüb. Vüqar Əsədli və Abdulla Qədimbəyli isə 6 xal toplayaraq 3-4-cü yerləri bölüşdürüblər. Lakin əlavə göstəricilərə görə Vüqar Əsədli 3-cü yerə sahib çıxıb.
Məlumat üçün qeyd edək ki, yarışda birinci yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanıb. İkinci yeri tutan zəka sahibi isə yüksək dəstəyə birinci namizəd hesab edilir.